Elmar Vəliyevin vəzifədən azad olunmasının səbəbi açıqlanıb – MƏNBƏ – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Elmar Vəliyevin vəzifədən azad olunmasının səbəbi açıqlanıb – MƏNBƏ – VİDEO

17:26 - 28 / 08 / 2018
Elmar Vəliyevin vəzifədən azad olunmasının səbəbi açıqlanıb – MƏNBƏ – VİDEO

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub və onun yerinə Niyazi İbrahimov təyin olunub.

Qeyd edək ki, N.İbrahimov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu.

1news.az-ın etibarlı mənbədən əldə etdiyi xəbərə görə, E.Vəliyevin vəzifədən alınması qərarı ona qarşı törədilmiş sui-qəsdən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyulması ilə bağlıdır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış görüntülərdən E.Vəliyevin hələ tam sağlamlığına qovuşmadığı görünür.

Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.

Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında E.Vəliyevə qarşı sui-qəsd törədilib. Hücum edən şəxs Vəliyevə və onun cangüdəni Qasım Aşbazova atəş açıb. Vəliyev və Aşbazov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıblar.

Məlum olub ki, hadisəni törətmiş şəxs 1983-cü il təvəllüdlü Yunis Səfərovdur. O, hadisə yerində saxlanılaraq polislər tərəfindən zərərsizləşdirilib.

Rəhman Hacıyev: Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”

Əli Həsənov: Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər ən ciddi şəkildə cəzalandırılacaqlar

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfəri axtarır – FOTO

Gəncədə iğtişaş zamanı polis polkovnik-leytenantı və polis zabiti şəhid olub

S.Xankişiyeva

 

Paylaş:
866

Son xəbərlər

Bütün xəbərlər