Makkeynin 106 yaşlı anası dəfn mərasiminə qatılacaq
Bir neçə gün əvvəl vəfat etmiş amerikalı senator Con Makkeynin dəfnində 106 yaşlı anası Roberta da iştirak edəcək.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, xanım Makkeyin Arizonada anım mərasiminə qatılmayıb, bununla belə o, özünü yaxşı hiss edir.
Arizona ştatının senatoru Con Makkeyn 81 yaşında beyin xərçəngindən vəfat edib. O, bir müddət əvvəl müalicədən imtina edib. Senator sentyabrın 2-də dəfn ediləcək.
P.Sultanova
458