Türkdilli ölkələrin növbəti sammiti Azərbaycanda keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti Azərbaycanda keçiriləcək.
Bununla bağlı jurnalistlərə təşkilatın baş katibi Bağdad Amreyev məlumat verib.
Yeni seçilmiş baş katib sammitin vaxtını və yerini açıqlamayıb.
Amreyevin sözlərinə görə, sammitin sonunda şura üzvləri arasında əməkdaşlıq səviyyəsinin artırılması məqsədilə bir neçə sənəd imzalanıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Macarıstan və Özbəkistan sammitdə fəxri qonaq kimi iştirak edib.
S.Xankişiyeva
374