Instagram fenomeni milyaderin yaxtasında ölü tapıldı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Instagram fenomeni milyaderin yaxtasında ölü tapıldı - FOTO

10:31 - 04 / 09 / 2018
Instagram fenomeni milyaderin yaxtasında ölü tapıldı - FOTO

Avstraliyalı Instagram fenomeni Sinead McNamara Meksikalı milyarder Alberto Bailleresin Yunanistanın Kafelonya adası limanındakı 92 metrlik yaxtasında ölü tapılıb.

1news.az Daily Mail-ə istinadən xəbər verir ki, gənc qadının ölümünün  səbəbi hələlik dəqiq  bilinmir.

O, nəhəng yaxta ilə Avropa sahillərini gəzib, McNamaranın isə  Yunanıstanda yaşayan qardaşını ziyarət etmək istədiyi məlum olub.

Yunanıstan polisi meyiti yaxtanın arxa hissəsindən tapılan qadının ölümü ilə bağlı cinayət işi açıb.

Polis istintaq tamamlanana qədər yaxtanın Kefalonya limanından çıxmasına icazə verilməyəcəyini vurğulayıb.

 

Paylaş:
967

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər