GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək

13:45 - 05 / 09 / 2018
GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək

BMT Baş Assambleyası çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib.

Nazir deyib ki, BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. 1997-ci il oktyabrın 10-da yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olub.

1news.az

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər