Kral şortiklə gəldiyi üçün bara buraxılmadı | 1news.az | Xəbərlər
Dünya

Kral şortiklə gəldiyi üçün bara buraxılmadı

12:48 - 05 / 09 / 2018
Kral şortiklə gəldiyi üçün bara buraxılmadı

Belçikanın keçmiş rəhbəri, kral II Albert İtaliyada əylənmək istəyərkən xoşagəlməz halla üzləşib.

Santa-Mariya-di-Leuka şəhərində elit yaxt klublardan birində istirahət etmək istəyən 84 yaşlı Alberti əyləncə məkanına buraxmayıblar. Belə ki, sabiq kral bara şortla gəlib və məkanın “dress cod” qaydasını pozub. Bildirilir ki, məkanın işçiləri xanımı Paola ilə əylənməyə gələn II Alberti tanımadıqları üçün qapıdan geri göndəriblər. O, yaxtasına qayıdaraq şalvar geyinib qayıtmağa məcbur olub.

Metroda “şortikli” qızla yaşlı qadının dalaşmasının yeni VİDEOSU

Şortikə görə tənqid edilən qız indi də “mini”də – FOTO

Bakı metrosunda qalmaqal: qısa şortikli qız davaya səbəb oldu – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
559

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər