Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin vaxtı açıqlanıb

10:52 - 06 / 09 / 2018
Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin vaxtı açıqlanıb

Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında saziş üzrə danışıqların növbəti mərhələsinin oktyabr ayında keçirilməsi gözlənilir.

Bu barədə 1news.az-a Avropa İttifaqından məlumat verilib.

Danışıqlar Brüssel şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə müzakirələrin başlaması Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə işgüzar səfəri zamanı elan olunub.

Saziş əsasən üç istiqaməti - siyasi-təhlükəsizlik, ticarət-iqtisadi və sektoral əməkdaşlığı əhatə edir.

P.Sultanova

 

 

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər