Putinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.
1news.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya liderləri sentyabrın 1-də Soçidə baş tutan görüşü zamanı razılaşdırdıqları və digər məsələləri nəzərdən keçirəcəklər.
1news.az
1789