Dünyanın ən böyük təyyarə məzarlığı – FOTO
Təyyarələrin istifadə müddətini başa vurub köhnəldikdən sonra ömrünü necə davam etdirdiyini bilirsinizmi?
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, ABŞ-ın Arizona əyalətindəki Tukson şəhərinə doğru səyahətə çıxmısınızsa, bir müddət sonra evlərin getdikcə azalıb böyük bir sahədə, çöl günəşinin altında sıra ilə düzülən hərbi təyyarələr görə bilərsiniz. Ucsuz-bucaqsız yük təyyarələri, bombardmanlar, F-14-lər və Tomkat qırıcıları və s...
Bura Devid Montan hava bazasıdır. 10 km ərazini əhatə edir. 4400 köhnəlmiş təyyarəyə ev sahibliyi edir. Bəziləri sanki bir neçə saat öncə buraya gətirilib, bəziləri isə tozun, qumun və aşınmanın təsirindən qorunmaq üçün örtülü saxlanılır.
Qapalı anqarlarda isə topa şəkildə təyyarə parçaları Amerikanın başqa bölgəsinə, ya da başqa bir ölkəyə göndərilərək başqa bir təyyarəyə birləşməyi gözləyir. Burada işləyənlər vəhşi Qərb folklorundan qaynaqlanmış kimi bu bazaya "Məzarlıq" adını verib.
"Məzarlıq" dünyanın tək bazası olmasa da, ən böyüyüdür. Arizonanın nəmişliyi aşağı, isti, quru havası təyyarələrin uzun müddət paslanmadan qorunmasını təmin edir.
Əlavə olaraq, torpağın 15 sm qatı sərt gildən ibarətdir. Buna görə də bahalı eniş zolaqları və park ramplarına ehtiyac olmadan təyyarələrin park edilməsi mümkün olur.
1news.az