Prezident Dodon düşdüyü qəzadan danışdı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Prezident Dodon düşdüyü qəzadan danışdı - VİDEO

10:48 - 10 / 09 / 2018
Prezident Dodon düşdüyü qəzadan danışdı - VİDEO

Moldova prezidenti İqor Dodon sentyabrın 9-da Straşen- Kalaraş yolunda keçirdiyi avtomobil qəzası ilə bağlı açıqlama verib.

1news.az xəbər verir ki, dövlət başçısı özünün və ailəsinin səhhəti ilə maraqlananlara, narahat olanlara dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, ən dəhşətlisi geridə qalıb və ciddi nəticələrdən qaçmaq mümkün oldu.

"Hər şey qaydasındadır, mən və ailəm ciddi xəsarətlər almadıq, özünüzü və ailənizi qorumaq üçün yolda son dərəcə diqqətli olun", Dodon deyib. .

Xatırladaq ki, ağır qəza yağış zamanı baş verib. Prezident və ailə üzvlərinin olduğu avtomobil yük maşını ilə toqquşub. Avtomobildə olan anası və üç oğlu, həmçinin sürücü yüngül zədələr alıblar. Moldova lideri isə ciddi xəsarətlər almayıb.

Prezidentin tərəfdarları sui-qəsd cəhdini istisna etmirlər.

P.Sultanova

Paylaş:
522

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər