Səfir: Əmman-Bakı hava reysinin açılması məsələsi gündəlikdədir

Azərbaycanla İordaniya arasında birbaşa hava reysinin açılması məsələsi gündəlikdədir və müzakirə edilir.
Bunu 1news.az-a müsahibəsində İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh deyib.
O bildirib ki, iki ölkə arasında turizm əlaqələrinin inkişafı, turist axınının artması üçün birbaşa reysin olması vacibdir:
“Hazırda Əmman-Bakı, yaxud Əmman-Tbilisi-Bakı hava əlaqəsinin yaradılmasına dair təkliflər nəzərdən keçirilir. Bu reyslərin nə dərəcədə rentabelli ola biləcəyi araşdırılır. Qeyd edim ki, İordaniyadan Gürcüstana hər il xeyli turist gəlir. Reysin açılması ilə İordaniyadan Azərbaycana səfər edən turistlərin sayında ciddi artım ola bilər. Hazırda iki ölkədən qarşlıqlı olaraq səfər edən turistlərin sayı il ərzində təxminən 2 min nəfər təşkil edir”.
P.Sultanova