Azərbaycanla Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

14:26 - 13 / 09 / 2018
Azərbaycanla Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Müdafiə Nazirliyinin İkitərəfli Əməkdaşlıq və Regional Təşəbbüslər İdarəsinin rəisi xanım Daniela Qriqorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub, ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək birgə tədbirlər nəzərdən keçirilib.

1news.az

Paylaş:
361

Son xəbərlər

Bütün xəbərlər