Jamanak: Xaçaturov tezliklə postunu tərk edəcək | 1news.az | Xəbərlər
Ermənistan

Jamanak: Xaçaturov tezliklə postunu tərk edəcək

11:58 - 13 / 09 / 2018
Jamanak: Xaçaturov tezliklə postunu tərk edəcək

Yaxın günlərdə Yuri Xaçaturov KTMT-dəki  baş katib postundan ayrılacaq.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.

Məlumata görə, KTMT-yə üzv dörd ölkənin başçılarınn hər biri Xaçaturovun geri çağırılması ilə bağlı Ermənistan rəhbərliyinin bəyanatına öz razılıqlarını veriblər.

"Ermənistanın bu posta yeni bir namizəd irəli sürməsinə icazə verilməyəcəyinə heç bir şübhə yoxdur. Çox mümkündür ki, Belarus nümayəndəsi KTMT-nin baş katibi olsun. Çünki rotasiya qaydasında Belarus öz namizədini irəli sürməlidir", - qəzet yazır.

Nəşr Yuri Xaçaturovun  keçmiş müdafiə naziri Mikael Harutyunyan kimi Moskvada qalacağını və Ermənistana qayıtmayacağını istisna etmir.

P.Sultanova

Paylaş:
623

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər