“Silk Way West Airlines” Çinə reyslərin sayını artırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Silk Way West Airlines” Çinə reyslərin sayını artırır

13:29 - 17 / 09 / 2018
“Silk Way West Airlines” Çinə reyslərin sayını artırır

Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Çinə uçuşların sayını artırır.

1news.az-a aviaşirkətdən verilən məlumata görə, Bakı-Çjençjou reyslərinin sayı həftədə dörd dəfədən altı dəfəyə kimi artırılacaq.

Müvafiq razılıq sentyabrın əvvəlində Çjençjouda keçirilən “ICAO Cargo Conference” konfransında əldə edilib.  Keçirilən tədbirdə aviaşirkət Çin bazarında öz strateji inkişaf planını elan edib.

"Biz böyük məmnuniyyətlə Bakı və Çjençjou  arasında aviareyslərin tezliyinin həftədə 4 dəfədən 6 dəfəyədək artırıldığını bildiririk. Beləliklə, biz Xenan əyalətinin höküməti və Çjençjou hava limanı ilə strateji əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq. Biz bu əməkdaşlığın daha da möhkəmlənməsinə şadıq və göstəricilərin daha da artmasını planlaşdırırıq", “Silk Way West Airlines”in prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirib.                                               

Xenan hökümətinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə gələcəkdə iki yük habı arasında reyslərin tezliyini xeyli artırmağa imkan verəcək strateji əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair razılaşma əldə olunub.

“Qısa müddət ərzində biz Çjençjouda aparıcı yük aviadaşıyıcılarından biri olmağa nail ola bildik. Biz aviadaşımaların həcminin və reyslərin sayının bundan sonra da artırılmasına çalışırıq. Böyük İpək Yoluna xidmət üçün əsas imkanlarımız nəzərə alınmaqla Çjençjou bizə inkişaf üçün ideal platforma təqdim edir”, Volfqanq Meyer deyib.

1news.az

 

Paylaş:
570

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər