Sabahın havası: yağış yağacaq, külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: yağış yağacaq, külək əsəcək

13:36 - 17 / 09 / 2018
Sabahın havası: yağış yağacaq, külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 18-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yuxarı 765 mm civə, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 18-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz  24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.               

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Babək Cahandarov

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər