“Kedicik”: Adnan Oktar din adı altında çox axmaqlıqlar edirdi
Adnan Oktar qruplaşmasının “Bacılar” qrupunun üzvü Ayça Pars yeni şok faktlardan danışıb.
1news.az-ın türk mediasına istinadla verdiyi xəbərə görə, Ayça Pars Oktarın televiziya və internet yayımlarına rəhbərlik edib.
“Adnan ona aşiq kimi baxmayanlara işgəncə verirdi. 30 nəfərlik qrupdan gözünə dəyəni döyürdü. Döymək deyəndə sadəcə şillə vurmurdu, yerdə sürütləyir, saçlarını qırxdırırdı. Bir qadını alçaldacaq hər hərəkəti edirdi. Belə hadisələrə yüz dəfələrlə şahidlik etmişəm. Din adı altında çox axmaqlıqlar edirdi. Qruplaşmada din sadəcə göstərmək üçün var idi. İçəri daha fərqli idi. Təbəqələşmə var idi. Birinin etdiyini digəri bilməzdi. Başda isə Adnan idi. Onun dedikləri əmr idi.
Qadınlardan ona aşiq kimi baxmalarını tələb edirdi. Onu nə qədər sevdiklərini, gözəl sözlər söyləmələrini istəyirdi. Qadınlardan biri ona aşiq kimi baxmasa, yayımı yarıda kəsib ona işgəncə verirdi. Kameraları söndürür, yediyi yeməyi başından aşağı tökür, saçlarını qayçı və əli ilə yolurdu.
Qızları yanına çağırıb nəbzinə baxırdı. Qızın qorxudan nəbzi sürətlə atanda “Bax, məni necə sevir. Toxunan kimi nəbzi vurmağa başladı” deyirdi.
Ağlamaqdan gözləri şişən qızlara “Mənə sevgi ilə baxır. Baxan kimi gözləri dolur” deyirdi.
Özünü Mehdi sayırdı, şəhvət və lüks düşkünüdür. Hamını sata bilərdi. Qruplaşmaya 15-16 yaşlı qızlar da gəlirdi. Amma onları canlı yayımda göstərmirdik”, - deyə Ayça bildirib.
Adnan Oktarın daha bir qurbanı danışdı
“Kediciklərin” hocası Adnan Oktar kimdir? – FOTO – VİDEO
Adnan Oktarın şəbəkəsi barədə yeni faktlar – FOTO
S.Xankişiyeva