Məşhur müğənninin ölüm anı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Məşhur müğənninin ölüm anı – FOTO – VİDEO

10:49 - 18 / 09 / 2018
Məşhur müğənninin ölüm anı – FOTO – VİDEO

Rusiyanın məşhur opera müğənnisi Mixail Lukonin avtomobil qəzasına düşərək dünyasını dəyişib.

1news.az-ın məlumatına görə, hadisə dünən Pskov- Sankt Peterburq yolunda baş verib. Belə ki, “Toyota” markalı maşınında işıqforda dayanan müğənninin avtomobilinə arxadan gələn “İveco” markalı yük avtomobili çırpılıb.

Zərbənin təsirindən müğənninin avtomobili yolun kənarına çırpılıb, müğənni isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sürətini saxlaya bilməyən yük maşını isə daha iki avtomobilə çırpılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
1193

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər