Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin tarixi açıqlanıb

14:24 - 22 / 09 / 2018
Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin tarixi açıqlanıb

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi 2-3 oktyabr tarixlərində keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yanksuskas deyib.

Onun sözlərinə görə, danışıqlar Brüsseldə baş tutacaq. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev rəhbərlik edəcək.

P.Sultanova

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər