Azərbaycan və Ermənistanın XİN rəhbərləri bu gün Nyu-Yorkda görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistanın XİN rəhbərləri bu gün Nyu-Yorkda görüşəcək

09:22 - 26 / 09 / 2018
Azərbaycan və Ermənistanın XİN rəhbərləri bu gün Nyu-Yorkda görüşəcək

Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Nyu-Yorkda görüşəcəklər.

1news.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcəklər.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) vasitəçiliyi ilə keçiriləcək.

P.Sultanova

 

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər