Dubayda dünyanın ən bahalı ayaqqabısı nümayiş etdiriləcək – FOTO | 1news.az | Xəbərlər
Dünya

Dubayda dünyanın ən bahalı ayaqqabısı nümayiş etdiriləcək – FOTO

10:04 - 26 / 09 / 2018
Dubayda dünyanın ən bahalı ayaqqabısı nümayiş etdiriləcək – FOTO

Dubayda “BurjAlArab” otelində dünyanın 17 milyon dollar dəyərində ən bahalı ayaqqabısı nümayiş etdiriləcək.

1news.az-ın məlumatına görə, AZƏRTAC Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinə istinadla xəbər verir ki, “Passion Diamond” tuflisi xalis qızıldan hazırlanıb və hər cütü 15 karatlıq brilyantla bəzədilib. Eksklüziv ayaqqabı, ümumilikdə tuflinin haşiyəsində yerləşən 236 brilyantla işlənilib.

“Jada Dubai” şirkəti özünün sonuncu kolleksiyasından brilyant, yaqut, qızıl və mirvari ilə bəzədilmiş daha 3 cüt ayaqqabını nümayiş etdirəcək. Yeni kolleksiyaya 25 min dollar dəyərində “Diamond Pearl Stilettos”, 27 min dollar dəyərində “Ruby Stilettos” və 17 min dollar dəyərində “DiamondandGoldStilettos” daxildir.

1news.az

Paylaş:
1106

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər