Putin Paşinyanla nədən danışıb? | 1news.az | Xəbərlər
Dünya

Putin Paşinyanla nədən danışıb?

13:59 - 28 / 09 / 2018
Putin Paşinyanla nədən danışıb?

Rusiya prezidenti Vladimir Putinin MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qısaca söhbəti olub.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüş zamanı Rusiya liderinin Ermənistana səfəri perspektivləri müzakirə olunmayıb:

"O, indicə Paşinyanla qısaca söhbət etdi. Putin Paşinyanla Ermənistana səfərinin perspektivlərini müzakirə etməyib. Başqa məsələlərdən, cari və operativ məsələlərdən  danışıblar”.

P.Sultanova

Paylaş:
661

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər