Paşinyan danışmaq üçün Prezident İlham Əliyevə müraciət etdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Düşənbə şəhərində qısa söhbət olub.
1news.az xəbər verir ki, MDB ölkələrinin liderlərinin məhdud tərkibdə görüşü başlamazdan öncə birgə fotoçəkilmə mərasimi keçirilib. Bundan sonra Nikol Paşinyan və İlham Əliyev videokameralar qarşısında yanaşı bir neçə addım ataraq, qısa fikir mübadiləsi aparıblar.
Kadrlardan göründüyü kimi, Paşinyan özü Prezident İlham Əliyevlə söhbətə başlayır.
1news.az
981