Düşənbədə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub | 1news.az | Xəbərlər
Rəsmi

Düşənbədə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub

23:30 - 28 / 09 / 2018
Düşənbədə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

1news.az

Paylaş:
492

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər