Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

14:03 - 01 / 10 / 2018
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlanıb

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləğini açıqlayıb.

1news.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fonda cari il oktyabrın 1-dək  94.005.457,49 AZN, 213.577,88 ABŞ dolları, 12736,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.

Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Onu da bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri ilə Müdafiə Nazirliyinin saytında tanış ola bilərsiniz.

Babək Cahandarov

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər