Separatçı liderin ölüm anı - VİDEO
Xəbər verildiyi kimi, bu il avqustun 31-də Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko “Separ” restoranında törədilmiş partlayış zamanı ölüb.
1news.az-ın məlumata görə, “Rossiya-1” telekanalı 42 yaşlı Zaxarçenkonun ölümündən bir neçə dəqiqə öncənin görüntülərini yayıb.
Kadrlardan görünür ki, Zaxarçenkonun korteji Ukraynanın Donetsk şəhərində yerləşən “Separ” kafesinə yaxınlaşır. Öncə kafeyə zalı yoxlamaq üçün mühafizəçilərdən biri girir. Daha sonra Zaxarçenko qadın mühafizəçi ilə məkana girir və bu zaman partlayış baş verir.
Görünür partlayıcı qurğu kafeyə öncədən yerləşdirilib. Zaxarçenkonun ölümündə Moskva və Kiyev bir-birilərini ittiham edirlər.
1news.az
864