Melkumyan Paşinyanı təkzib etdi: razılaşma yoxdur | 1news.az | Xəbərlər
Dünya

Melkumyan Paşinyanı təkzib etdi: razılaşma yoxdur

11:05 - 03 / 10 / 2018
Melkumyan Paşinyanı təkzib etdi: razılaşma yoxdur

“Çiçəklənən Ermənistan” Partiyası ilə baş nazir Nikol Paşinyan arasında hər hansı razılaşma əldə edilməyib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə parlamentin vitse-spikeri, partiyanın üzvü Mikael Melkumyan deyib.

O, baş nazir vəzifəsinə namizəd irəli sürülməməsi və dekabr ayında erkən seçkilər keçirilməsi barədə razılığa gəlindiyinə dair Paşinyanın bəyanatını təkzib edib: 

"Son qərar və razılaşma yoxdur. Biz hökumətin məlumatını dinlədik. Arqumentlər və əks arqumentlər var idi. Hökumət öz fikrində qaldı. Razılaşma yoxdur”.

Onun sözlərinə görə, erkən seçkilər 2019-cu ilin may-iyun aylarında keçirilməlidir.

P.Sultanova

Paylaş:
651

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər