Rekord qiymətə VİSKİ - FOTO
Şotlandiyanın paytaxtı Edinburqda keçirilən hərracda rekord qiymətə viski satılıb.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, 60 yaşlı içki 1926-cı ilin məhsuludur. Belə ki, Macallan Valerio Adami viskisi 1926-cı ildən bu yana 60 il çəndə saxlanılıb, sonra isə qablaşdırılıb. Bu, nadir və yüksək keyfiyyətli içki hesab edilir.
Hərracda viski 848 min funta, təxminən 1,1 milyon dollardan baha satılıb.
Alıcı Asiyadan olan xüsusi kolleksiyaçıdır, adı açıqlanmır. O, telefonla hərraca qatılıb.
Macallan Valerio Adami viskisini 1986-cı ildən şüşələrə tökməyə başlayıblar, cəmi 12 şüşə olub. Onlardan hazırda neçəsinin mövcud olduğu məlum deyil. 2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ zamanı şüşələrdən birinin qırıldığı ehtimal edilir.
May ayında Honk Konqda keçirilən auksionda eyni viskinin bir şüşəsi 814 min funt sterlinqə (1 milyon dollardan çox) satılıb.
1news.az