Erməni general qəzada həlak oldu | 1news.az | Xəbərlər
Dünya

Erməni general qəzada həlak oldu

12:14 - 04 / 10 / 2018
Erməni general qəzada həlak oldu

Kostroma  vilayətində baş vermiş helikopterinin qəzasında həlak olan dörd nəfərdən biri Rusiyanın baş prokurorunun müavini Saak Karapetyandır.

1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Baş Prokurorluq general Karapetyanın həlak olmasını təsdiqləyib, amma onun bu reysə necə düşdüyü izah olunmayıb.

Rusiyanın istintaq Komitəsinin məlumatına görə, helikopter icazəsiz uçub. O, “Heliport Moskva" kompleksinə məxsus olub. Oradan əvvəl gecə bir helikopter də Spasskoe kəndinə uçub.

Helikopter Vonşevo kəndi yaxınlığında meşəyə düşüb. Göyərtədəki bütün  dörd şəxs həlak olub. İlkin məlumatlara görə, qəza pilotun qaranlıqda orientasiyanı itirməsi  nəticəsində baş verə bilər. Artıq bir neçə ekspertiza təyin edilib, texniki araşdırmaya başlanılıb.

Həmçinn, hadisə ilə bağlı cinayət işi açılıb.

P.Sultanova

Paylaş:
647

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər