Karasin: Ermənistanda qeyri-stabil vəziyyət qalır | 1news.az | Xəbərlər
Dünya

Karasin: Ermənistanda qeyri-stabil vəziyyət qalır

11:40 - 08 / 10 / 2018
Karasin: Ermənistanda qeyri-stabil vəziyyət qalır

Siyasi vəziyyətin qeyri-stabil olmasına baxmayaraq, Rusiya ilə Ermənistan arasında əməkdaşlıq davam edir.

1news.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

XİN rəsmisi vurğulayıb: “Ermənistanda müəyyən daxili siyasi qeyri-sabitliyin qalmasına baxmayaraq, əməkdaşlığın müəyyən sahələrində sistemli birgə iş var. Qarşılıqlı ticarətin dinamikası 2018-ci ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 23,4%  artaraq 925,6 milyon dollara çatıb”.

Onun sözlərinə görə, tərəflər əvvəlki kimi intensiv dialoq aparırlar. "Bir neçə ay ərzində baş nazir Nikol Paşinyanla  Rusiya prezidenti Vladimir Putinin üç,b aş naziri Dmitri Medvedevlə iki görüşü olub. Telefonla bir neçə dəfə danışıblar".

Karasinin sözlərinə görə, Moskva ilə Yerevan arasında belə tez-tez əlaqənin nəticəsi olaraq Rusiya ilə Ermənistan arasındakı münasibətlərin ikitərəfli formatda və ümumi inteqrasiya birlikləri – Avrasiya İqtisadi İttifaqı, KTMT, MDB çərçivəsində daha da möhkəmləndirilə bilər.

P.Sultanova

Paylaş:
378

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər