Mayrapetyana ittiham elan edilib
Bir neçə gün əvvəl saxlanılan Ermənistanın iri telekanallarından biri olan H2-nin rəhbəri, biznesmen Samvel Mayrapetyana ittiham elan edilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə onun vəkili məlumat verilib.
İş adamına qarşı elan edilmiş ittihamlar isə açıqlanmır. Vəkilin sözlərinə görə, ittihamların 1 mart işi ilə heç bir əlaqəsi yoxdur. Müstəntiq onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün ərizə verib.
Xüsusi İstintaq Xidməti bu məsələdə hələ ki, susmaqda davam edir.
Qeyd edək ki, S.Mayrapetyan Ermənistanın iri sahibkarlarından biridir. Onun avtosalonlar şəbəkəsi, tikinti şirkətləri və restoranları var. Bundan başqa, biznesmenin 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryana yaxın adamlardan biri olduğu deyilir.
P.Sultanova