“Sasna çrer”in liderlərindən biri ölüb | 1news.az | Xəbərlər
Ermənistan

“Sasna çrer”in liderlərindən biri ölüb

09:49 - 10 / 10 / 2018
“Sasna çrer”in liderlərindən biri ölüb

“Sasna çrer” qrupunun liderlərindən biri, Qarabağ müharibəsinin iştirakçısı Araik Xandoyan ölüb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə onun dostu Varujan Avetisyan bildirib.

Qeyd edək ki, bu ilin avqustun 17-də Yerevan məhkəməsi Xandoyana qarşı həbs qərarının dəyidirilməsi barədə qərar qəbul etmişdi. 

Xandoyana girov götürülməsi, silahların, döyüş sursatlarının qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması  maddələri üzrə ittiham elan olunmuşdu.

Xatırladaq ki, "Sasna çrer"  silahlı qruplaşması iki il əvvəl səhər tezdən Yerevanın Erebuni rayonunda polis-patrul alayını  ələ keçirib. Onlar iki həftə qaldıqdan sonra, iyulun 31-də hüquq-mühafizə orqanlarına təslim olublar.

P.Sultanova

Paylaş:
740

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər