Ana 1 yumruqla oğlunu yerə sərdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Ana 1 yumruqla oğlunu yerə sərdi – VİDEO

16:35 - 12 / 10 / 2018
Ana 1 yumruqla oğlunu yerə sərdi – VİDEO

Ana supermarketdə oğlunu bir yumruqla yerə sərib.

1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, oğlu ilə birlikdə supermarketə gedən qadın onu qorxutmaq istəyən oğluna yumruq vurub. 12 yaşlı oğlan zərbənin təsirindən yerə yıxılıb.

Videodan göründüyü kimi, ana oğlunu qəsdən deyil, qorxduğuna görə vurub.

Kadrlar sosial şəbəkələrə yüklənilib. Videonu internetə uşağın anası Tashila Alexander yükləyib və “Oğlum bilməliydi ki, anasını qorxudanda belə olacaq”, - sözlərini yazıb.

Olay ABŞ-ın Oklahoma ştatındakı Walmart mağazasında baş verib.

S.Xankişiyeva

 

Paylaş:
4108

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər