Narkoman ər arvadına: “Boşansan qızlarını zorlayacam” – TƏFƏRRÜAT
32 yaşlı Kezban A. adlı qadın həyat yoldaşından onu döydüyünü və əziyyət verdiyini əsas gətirərək boşanmaq istəyib. Arvadından boşanmaq istəməyən kişi isə qadını əvvəlki həyat yoldaşından olan qızlarına təcavüz etməklə hədələyib.
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, iyrənc təhdidlərə məruz qalan qadın polisə şikayət edərək kömək istəyib.
32 yaşlı Kezban A 8 aydır S.A adlı şəxslə ailəlidir. Qadının birinci evliliyindən 12 yaşlı C.E və 8 yaşlı Z.E adlı qızları var. Yaşadığı işgəncələrə son qoymaq üçün evdən ayrılmaq istəyən Kezban. A. həyat yoldaşının işgəncələrinə, təhqirlərinə məruz qalıb.
Gənc qadın ərinin narkoman olduğunu, psixotrop dərmanlar qəbul etdiyini deyib:
"İlk dəfə tanış olanda mən onun narkoman olduğunu bilmirdim. Çox qısqanc idi. Müxtəlif bəhanələrlə məni döyür, zorakılıq edirdi. Yeni işə düzəlmişdim. Tikiş sexində. Çox fikirləşdiyimdən iş yerimi yuxuda görmüşəm. Təsadüfdən demişəm ki, bu libası buraya qoyacağıq, Özkan qardaş". O da mənim yuxuda dediklərimi eşidib. Mənə dedi ki, sən yuxuda kişi görürsən? Sən hansı haqla yuxuda başqa kişinin adını sayıqlayırsan deyib, məni döyməyə başladı. Hər gün döyür, söyür, təhqir edirdi. İşə qırmızı köynəklə getdiyim, pomada sürtdüyüm və ətir istifadə etdiyim üçün belə döyüb, xəstəxanalıq edib".
Şikayətlər əsasında daha əvvəl kişiyə ailəsinə, xüsusilə də qadına yaxınlaşmaması üçün məhkəmə tərəfindən uzaqlaşdırma qərarı çıxarılıb.
Gənc qadın "o məni öldürmədən onu həbs edin", deyə polislərə yalvarıb. Faktla bağlı araşdırma aparılır.
1news.az