Koçaryan: Seçkilər Paşinyanın şəxsi qələbəsi, dövlətçiliyin ciddi məğlubiyyəti olacaq
Dekabrda Ermənistanda keçiriləcək erkən parlament seçkiləri Nikol Paşinyan üçün şəxsi bir qələbə, dövlətçiliyin isə ciddi məğlubiyyəti olacaq.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu sabiq prezident Robert Koçaryan deyib.
Koçaryan bildirib ki, baş nazir 1 mart 2008-ci il hadisələrinin əsas iştirakçılarından biri, iğtişaşların təşkilatçısı olub. Onun sözlərinə görə, məqsədi balansı aktiv şəkildə bərpa etməyə kömək göstərməkdir.
Koçaryan Paşinyanla şəxsən tanış olmadığını əlavə edib: "Hesab edirəm ki, onda mənim şəxsiyyətimə qarşı bir növ nifrət var və bu, müxtəlif dövlət qurumlarının, ilk növbədə hüquq-mühafizə orqanlarının mənə qarşı yönəlmiş fəaliyyətində əksini tapır".
Sabiq prezident hesab edir ki, parlament seçkiləri ilə bir siyasi monopoliya digəri ilə əvəz olunacaq:
"Nikol Paşinyanın partiyası formalaşmayıb, belə olan halda bu partiyanın dövlət idarəetməsinin mürəkkəb məsələləri üzrə məsuliyyəti üzərinə götürə biləcəyi başadüşülən deyil. Səbəb də aydındır, onlar peşəkarları cəlb etmirlər. Bu, inqilabi romantizm, əlbəttə ki, inqilabçılığın əks tərəfinə çevriləcək ".
P.Sultanova