Səudiyyəli jurnalistin ölümü ilə bağlı dəhşətli detal: qatillərdən biri ortadan götürüldü – VİDEO
Səudiyyə Ərəbistanlı jurnalist, “The Washington Post” qəzetinin əməkdaşı Camal Haşoqqinin öldürülməsilə bağlı araşdırmalarda yeni detallar aşkarlanıb.
1news.az-ın tük mətbuatına istinadla verdiyi xəbərə görə, Türkiyənin təhlükəsizlik orqanları hadisə ilə bağlı ikinci axtarışmanın nəticələrini açıqlayıb.
Əməliyyat başa çatandan sonra hadisə yerindən çıxan kriminalistlərin üzərindəki qırmızı ləkələr diqqəti cəlb edib. İlk baxışda qan ləkəsi kimi görünən izlərin kimyəvi maddələrin təsirindən əmələ gəldiyi aydınlaşıb.
Bildirilib ki, axtarışlar zamanı Camal Haşoqqinin öldürülməsini subut edəcək müəyyən dəlillər əldə olunub. Lakin həmin sübutlar barədə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, “Haber7” saytı yazıb ki, Haşoqqini öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli şəkildə avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.
31 yaşlı pilotun ölümünün jurnalistin qətli ilə bağlı sirləri itirmək üçün sui-qəsd olduğu iddia edilib. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham Qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21.46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.
Hadisə ilə bağlı araşdırmalara başalınılıb.
Xatırladaq ki, Camal Haşoqqi oktyabrın 2-də İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb. Türkiyə və Qərb mənbələri onun Səudiyyə şahzadəsi Salmanın sifarişi ilə işgəncə verilərək öldürüldüyünü yazıb. Bildirilir ki, əvvəlcə barmaqları qırılan, daha sonra başı kəsilən jurnalistin nəşi sonda hissələrə ayrılıb.
Jurnalisti mahnı sədaları altında doğrayan şəxsin FOTOSU
Səudiyyəli jurnalist musiqi sədaları altında barmaqları qoparılıb və başı kəsilib
Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli
S.Xankişiyeva