Respublika Partiyası Paşinyanın əleyhinə səs verəcək | 1news.az | Xəbərlər
Ermənistan

Respublika Partiyası Paşinyanın əleyhinə səs verəcək

11:49 - 24 / 10 / 2018
Respublika Partiyası Paşinyanın əleyhinə səs verəcək

Ermənistanın Respublika Partiyası Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin əleyhinə səs verəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu respublikaçı deputat Qalust Saakyan deyib.

"Biz əleyhinə səs verəcəyik. Daha əvvəl necə demişik, elə də edəcəyik”, Saakyan bildirib.

Xatırladaq ki, bu gün Ermənistan parlamenti baş nazirin seçilməsi məsələsini müzakirə edir. Yeganə namizəd parlamentin buraxılması və erkən seçkilərin keçirilməsi məqsədilə baş nazir postundan istefa vermiş Nikol Paşinyandır.

Ermənistan konstitusiyasına əsasən, baş nazir və hökumətin istefasından sonra Ermənistan parlamentinin fraksiyaları yeddi gün ərzində baş nazir postuna yeni namizəd göstərməlidir. Parlament baş nazir seçməsə, onda yeddi gün ərzində seçkilər yenidən keçirilir. Baş nazirin ikinci dəfə seçilməməsi halında, parlament qanuna əsasən buraxılır. Konstitusiyaya görə, erkən seçkilər parlament buraxıldıqdan 30 gündən tez, 45 gündən gec olmayaraq keçirilir.

P.Sultanova

Paylaş:
744

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər