49 yaşlı Jey Lo ilk dəfə belə açıq-saçıq fotosessiya etdirib - FOTO
Dünya şou-biznesinin super ulduzu Jey Lo növbəti dəfə öz cəsarətli və açıq fotoları ilə gündəmə gəlib.
1news.az xəbər verir ki, Jey Lo InStyle-in nəşrinin dekabr sayının əsas qəhrəmanı olub.
O, yaşıl rəngli tunik ilə fotosessiya üçün pozalar verib və özünün möhtəşəm bədən qurluşu ilə yenidən diqqətləri üzərinə çəkib.
Gözəl bədən qurluşuna malik olması haqqında danışarkən məşhur hər zaman bunun üç qaydasını açıqlayır - kofein istifadə etmir, spirtli içkilər içmir və çox yatır.
InStyle-ə verdiyi müsahibədə, "mən özümə qayğı göstərdim və indi bu, öz effektini göstərir”, deyib.
Xatırladaq ki, bu fotolar J.Lonun bütün kariyerası ərzində ən açıq-saçıq hesab edilir.
1news.az
5481