Şarmazanov: Respublika Partiyasının rəhbərliyində dəyişiklik gözlənilmir | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov: Respublika Partiyasının rəhbərliyində dəyişiklik gözlənilmir

12:15 - 06 / 11 / 2018
Şarmazanov: Respublika Partiyasının rəhbərliyində dəyişiklik gözlənilmir

Erkən parlament seçkiləri ərəfəsində Ermənistanın Respublika Partiyası Şurasının iclasını keçirəcək.

1news.az erməni mətbuatına istinalda xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

O bildirib ki, toplantıda ərazi və regional qurumların nümayəndələri də iştirak edəcəklər.

Şrmazanovun sözlərinə görə, partiyada hələlik yekun qərar qəbul edilməyib: “Parlament seçkilərində iştirak etmək üçün qərar qəbul etmək vacibdir. Hazırda partiyada artıq bir işgüzar mühiti var.

Şarmazanov, həmçinin, partiyada əksəriyyətin seçkidə iştirakdan imtina etməsi barədə məlumatı təkzib edib.  Vitse-spiker partiya rəhbərliyində dəyişikliklərin gözlənilmədiyini əlavə edib:

"Dəyişiklik yalnız partiyanın qurultayında ola bilər. İndi bunun üçün vaxt yoxdur. Ya seçkilərə, ya da qurultaya hazırlaşmaq lazımdır. Təbii ki, qurultay üçün vaxt yoxdur ".

P.Sultanova

 

 

Paylaş:
588

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər