Daha bir səudi jurnalist öldürüldü - dəhşətli işgəncələrlə - FOTO | 1news.az | Xəbərlər
Dünya

Daha bir səudi jurnalist öldürüldü - dəhşətli işgəncələrlə - FOTO

13:51 - 08 / 11 / 2018
Daha bir səudi jurnalist öldürüldü - dəhşətli işgəncələrlə - FOTO

Səudiyyə Ərəbistanında həbsxanalardan birində jurnalist və bloqer Turki bin Əbdül Əziz əl Casser dəhşətli işgəncələrə məruz qalandan sonra qətlə yetirilib.

1news.az-ın məlumatına görə, Milli.Az Middle East Monitor-a istinadən bildirir ki, Əl Casser Twitter-dəki Kashkool mikrobloqunda Səudiyyə Ərəbistanını kral ailəsinin mənsubları və hakimiyyət üzvlərinin qanun pozuntuları, insan haqlarını pozmaları, korrupsiya və rüşvətxorluq faktları barədə məlumatlar yayırdı.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə sığınan Əl Casserin ünvanını Səudiyyənin təhlükəsizlik xidməti Twitter-in regional ofisində çalışan agenti vasitəsilə müəyyənləşdirib. Martda Dubayda tutulan jurnalist Səudiyyə Ərəbistanına aparılaraq həbsxanaya atılmışdı.

Əl Casserin tutulması üçün Dubaya göndərilmiş zabitlər Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın sabiq müşaviri Səud əl Kəhtaninin rəhbərlik etdiyi "Sosial şəbəkələrdə və kiberməkanda təhlükəsizliyin təminatı" adlı xüsusi qrupun üzvləri idilər.

Əl Kəhtani Twitter-dəki akkauntunda paylaşdığı tvitlərdən birində yazmışdı: "Səudiyyə Ərəbistanını hakimiyyətinə düşmən olanlar sosial şəbəkələrdəki uydurma adlar altında gizlənə bilməyəcəklər".

Əl Casser ABŞ-a sığınmış səudi jurnalist Camal Həşoqqinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasında qətlə yetirilməsindən bir ay sonra öldürülüb.

Oktyabrın 2-də konsulluq binasına daxil olmuş Haşoqqi qətlə yetiriləndən sonra onun cəsədi şaqqalanıb və tikələri kimyəvi turşuda həll olunub.

1news.az

Paylaş:
714

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər