Əyyaş ərindən boşanan qadın borc aldığı pulla milyoner oldu – FOTO | 1news.az | Xəbərlər
Dünya

Əyyaş ərindən boşanan qadın borc aldığı pulla milyoner oldu – FOTO

16:52 - 12 / 11 / 2018
Əyyaş ərindən boşanan qadın borc aldığı pulla milyoner oldu – FOTO

34 yaşlı Bet Bertram yeddi il əvvəl sürəkli içən, əyyaşlığa qurşanmış ərindən boşananda həyatının çətinliklərlə üzləşəcəyini təxminləyirdi. Amma yaşamın qəflətən çox ağırlaşacağını düşünməzdi.

1news.az-ın məlumatına görə, Milli.az Daily Star-a istinadən bildirir ki, Derbişir qraflığındakı Bakston şəhərinin sakini Bet işsizdi, üç övladı saxlamalıydı. Nə edəcəyini bilmirdi.

Evdə isə sadəcə, 100 funt-sterlinq vardı. Cəmi 100 funt.

O pulu Bet bir həftəyə zorla çatdırdı. Sadəcə, uşaqların ərzağına.

Pul bitəndə isə bundan sonra necə yaşayacağını düşünməyə başladı. Bet dərziliyi bacarırdı. Elə bu səbəbdən də paltar tikib satmaq fikrinə düşdü.

İki qonşusunun hərəsindən 50 funt-sterlinq borc aldı: bir həftəyə qaytarmaq şərtilə.

100 funtun 85 funtunu parçaya, düymələrə xərcləndi, 15 funt da Facebook-da reklama sərf olundu.

İlk don evin çardağında tikilmişdi. Və elə həmin gün paltar satıldı.

Daha sonra o, atasında qalma mənzili girov qoyub bankdan borc aldı, şirkət qurdu və paltar tikərək satışlara başladı.

Bet Bertram indi "Fearlesss" adlı moda brendinin sahibəsidir. Onun şirkətinin illik dövriyyəsi 4 milyon funta çatıb.

Onun dediyinə görə, övladlarını - 10 yaşlı Effini, 7 yaşlı Seti və 7 yaşlı Albini bir daha kasıblıqda yaşatmaq istəmir.

Maklsfildəki ofisində 10 nəfərin çalışdığı Bet söyləyir: "Satış üçün ilk paltarı tikdiyim o soyuq çardağı unutmamışam. Paltoda oturub işlədim, çox soyuqdu. Butikimin olması ən böyük xəyalımdı. Xəyallarımı gerçəkləşdirdim. Sutkada üç saat yatdım, Red Bull və qəhvə içərək yuxunu qovmağa çalışdım, işlədim. Bunu övladlarım üçün etdim".

Bet indi yeni nikahındadır.

1news.az

Paylaş:
952

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər