Sarkisyanın partiyası seçki siyahısını təsdiqləyib | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyanın partiyası seçki siyahısını təsdiqləyib

09:33 - 14 / 11 / 2018
Sarkisyanın partiyası seçki siyahısını təsdiqləyib

Ermənistanın Respublika Partiyası seçkiöncəsi siyahını təsdiqləyib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan məlumat verib.

Onun sözlərinə görə, siyahıya sabiq müdafiə naziri Viqen Sarkisyan başçılıq edir. İlk onluğa Vaqram Baqdasaryan, Eduard Şarmazanov, Arpine Hovhannisyan, Armen Aşotyan, David Şahnazaryan daxildir.

Siyahıdakı ardıcıllığın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Respublika Partiyasına sabiq prezident Serj Sarkisyan rəhbərlik edir. 

P.Sultanova

Paylaş:
644

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər