Kabusların əsirliyində – FOTO

Bu şəhər çox qorxunc faciə yaşayıb. Onun atılmış evlərində 30 ildir ki, sakinlər yaşayır.
Gümrü – Ermənistanın böyüklüyünə görə ikinci, yoxsulluğun səviyyəsinə görə isə birinci şəhəridir. Demək olar ki, şəhərin yarısı yoxsulluq içində yaşayır. 30 il öncə, 1988-ci ilin dekabrında ölkədə baş verən zəlzələ onlarla şəhər və kəndi dağıdıb, sanki burada həyat sönüb.
Həmin hadisələrdən sonra şəhər əhalisinin yarısı ya həlak olub, ya da yeni həyat qurmaq məqsədilə buranı tərk edib. Minlərlə ailə hələ də atılmış, qəzalı evlərdə yaşayır. Onlardan bir çoxu yeni evlərə köçməyi belə ümid etmirlər.
Sovetlər dönəmində Gümrünün kənar əyalətində Qorçaranain küçəsində yerli sahibkarlar üçün iki korpuslu yataqxana tikilib. Hazırda 120 ailədən burada cəmi dördü qalıb. Buradakı tikilirlərin hamısı atılaraq unudulub. Elementar şəraiti olmayan bu kabus evlərdə iki nəsil doğulub, böyüyüb.
Bu ümidsizlikdə yaşayan və həyatda qalmağa çalışan insanlarla bağlı Yuliya Qriqoryans “Boşluğun sakinləri” adlı foto tarixində danışıb. Bir zamanlar yataqxanalardakı ümumi mətbəxdə qaz plitələri olub. Hazırda orada yaşayan sakinlər yeməyi öz otaqlarında hazırlayır. Bir çox hallarda elektrik enerjisi istilik funksiyasının da yerinə yetirir. Bu otaq həm mətbəx, həm qonaq otağı, həm də uşaq otağı kimi xidmət göstərir.
Tərcümə: S.Xankişiyeva