Erməni hərbçinin iştirakı ilə ağır qəza | 1news.az | Xəbərlər
Ermənistan

Erməni hərbçinin iştirakı ilə ağır qəza

15:15 - 19 / 11 / 2018
Erməni hərbçinin iştirakı ilə ağır qəza

Ermənistan silahlı qüvvələrinin hərbçisinin iştirakı ilə ağır qəza törədilib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hadisə Qeqarkunik əyalətində baş verib.

Saat 3:40 radələrində Opel Astra (sürücü - 21 yaşlı Qurgen Z.) avtomobilii yoldan çıxaraq yarğana düşüb.

Avtomobilin sürücüsü, sərnişinləri (27 yaşlı David K, 15 yaşlı Robert T. və 16 yaşlı Melsik N.) xəstəxanaya çatdırılıb.

23 yaşlı Arsen Karapetyan isə hadisə yerində ölüb.

Məlumata görə, sürücü Qurgen Z. Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət göstərir. Hadisə yerinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi cəlb olunub.

P.Sultanova

Paylaş:
542

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər