Paşinyan müəllimlərin sayını azaltmaq istəyir | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan müəllimlərin sayını azaltmaq istəyir

11:30 - 20 / 11 / 2018
Paşinyan müəllimlərin sayını azaltmaq istəyir

Ermənistanda məktəb işçilərinin sayı olduqca çoxdur.

1news.az xəbər verir ki, bunu baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib.

O bildirib ki, müəllimlər ona görə, 153 min dram məbləğində sabit əmək haqqı almırlar ki, onların sayı tələb olunduğundan 10 minə yaxın çoxdur:

"Ölkəmizdə 153 min dram alan müəllim çətin ki, tapıla. Həqiqətən, müəllimlərin əmək haqqı aşağıdır”.

Paşinyan buna səbəb kimi müəllimlərin əmək haqqının dərəcələrlə müəyyənləşdirilməsini göstərib: 

“Bu gün ölkədəki şagird sayına görə ümumi təhsil sahəsində tələb olunandan 10 min nəfər daha çox işçi var. Bu, o deməkdir ki, müəllimin əmək haqqı 10 min əlavə işçiyə bölünür və ayda 153 min dram həcmi 2 və ya 3 hissəyə bölünür".

Baş nazir vəzifəsinin icraçısı başqa səbəb kimi kimisə tanışlıqla,  yaxud seçkilərdə bir neçə səs ylğmağa görə məktəblərə işə götürüldüyünü deyib. 

O, məktəbdə çalışanların  yarısının pedaq olmadığını vurğulayıb: “Xüsusilə, kəndlərdə rəhbər şəxslər qohumlarını məktəblərdə müxtəlif işlərə təyin edirlər, əmək haqlarını isə məktəbə gəlmədən alırlar”.

P.Sultanova

Paylaş:
592

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər