Heç kəsin yaxınlaşa bilmədiyi qəbilə turisti işgəncə ilə öldürdü — FOTO
Şimal Sentinel adası dünyada səfər üçün qadağan edilmiş yerlərdəndir.
1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, adaya səfər edən amerikalı turist qəbilə üzvləri tərəfindən oxla ovlanıb vəhşicəsinə qətlə yetirilib.
27 yaşlı Alabama ştatının sakini Con Allen Çou əvvəlcə Andaman və Nikobar adalarına səfər edib. 16 noyabr tarixində isə balıqçılardan xahiş edərək çox maraqlandığı Sentinel adasına gedib.
O, müasir dünyadan təcrid edilmiş şəkildə yaşayan Sentinel qəbiləsi ilə görüşmək üçün yola çıxdı. Adaya yaxınlaşanda balıqçıdan ayrılıb kiçik bir qayığa minib. Con adaya çatanda başına gələcəklərdən xəbərsiz idi. Çimərlikdə baş verənləri görən balıqçı qorxaraq qaçıb. Bir gün sonra geri qayıdan balıqçı Conun meyitini dəniz sahilində tapıb. Ərazilərinə dəvətsiz gələn turisti ovlamaq üçün pusquya duran qəbilə Conu oxla ovlayıb. Sonra isə boynuna ip keçirərək saatlarla qumluq ərazidə sürütləyib. Sonra isə turisti belinə qədər quma basdıran qəbilə üzvləri ölənə qədər Cona işgəncə verib əyləniblər.
1news.az