Deputat: Paşinyan özünü Ermənistanın "tanrısı və kralı" hesab edir
"İfadəmə görə üzr istəyirəm, amma baş nazir "utanmadan" Ermənistanın Seçki Məcəlləsini pozur".
1news.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyası fraksiyasının deputatı Armen Aşotyan deyib.
Paşinyanın Qeqarkunik əyalətinə etdiyi səfərdəki açıqlamalarını şərh edən deputat deyib ki, baş nazir bizim partiyamızdan olanda, bütün imkanlardan isifadə edirdik ki, axşam saat 6-ya kimi baş nazir vəzifəsində olsun. Yalnız həmin saatdan sonra seçki kampaniyasında iştirak etsin.
"Regionlara səfəri zamanı baş nazir üçün hökumət proqramı hazırlanır, dövlət resurslarından istifadə etməklə Paşinyanın təbliğat kampaniyası aparmağa haqqı yoxdur. Bu, ayıbdır. Bənzər bir şey etdiyimizdə, siz sadəcə bizi parçalayardınız, indi Paşinyanı müdafiə etməyə çalışırsınız. Müdafiə etməyin, Paşinyana elə gəlir ki, o, artıq özünü Ermənistanın "tanrısı və kralı” hesab edir", deyə Aşotyan əlavə edib.
Xatırladaq ki, dekabrın 9-da keçiriləcək parlament seçkilərində Aşotyanın respublika Partiyasından deputatlığa namizədliyi irəli sürülüb.
P.Sultanova