Paşinyan xalqı yenidən meydanlara çağırdı | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan xalqı yenidən meydanlara çağırdı

09:43 - 22 / 11 / 2018
Paşinyan xalqı yenidən meydanlara çağırdı

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Yerevanda yeni izdihamlı yürüş keçirməyə hazırlaşır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Paşinyan Facebook üzərindən videomüraciətində deyib.

O bildirib ki, yürüş 6-cı Nork massivindən, Hərbi Universitetin qarşısından başlayacaq, ordan düşərək Komitas prospektinə gediləcək. Bundan sonra isə hara gediləcəyi  müəyyən olunacaq.

"Bu, sizi görmək və ünsiyyətdə olmaq üçün yaxşı imkandır. Mən sizin üçün darıxmışam.Yürüş qeyri-adi və uzun çəkəcək, aprel inqilabına bənzəyəcək. Biz hər yeri, yaxud ən azından İrəvanın bir çox rayonlarını ziyarət etməyə çalışacağıq. Bu, dözümlülük məsələsidir, amma əminəm ki, ölkəmizdə erməni vətəndaşlarının qələbəsini bir daha elan etmək üçün yaxşı gedişdir. Şənbə günü görüşənədək”, Paşinyan bildirib. 

Xatırladaq ki, bir neçə gündən sonra Ermənistanda seçki kampaniyası başlayır. Erkən parlament seçkiləri isə dekabrın 9-na təyin edilib.

P.Sultanova

Paylaş:
508

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər