Sarkisyanın partiyasının seçki şüarı: Əgər narahatsansa... | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyanın partiyasının seçki şüarı: Əgər narahatsansa...

10:02 - 23 / 11 / 2018
Sarkisyanın partiyasının seçki şüarı: Əgər narahatsansa...

Ermənistanın Respublika Partiyası dekabrın 9-da keçiriləcək erkən parlament seçkilərində "Əgər narahatsansa ... Respublika Partiyasına səs ver” şüarı ilə çıxış edəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə partiyanın sədr müavini, təşviqat kampaniyasına məsul şəxs Armen Aşotyan bildirib.

Onun sözlərinə görə, seçki kampaniyası başlayandan sonra, yəni 26 noyabrda www.vote1.am saytı da fəaliyyət göstərəcək.

Sabiq hakim partiyanın qara və ağ rəng fonunda şüarı, "Vətəndaş razılaşması” partiyasından Yerevan meri vəzifəsinə namizəd olan(hazırda mer) Hayk Marutyanın cəmiyyəti "ağ" və "qara"ya bölmək haqqında qalmaqallı bəyanatını xatırladır. "Biz ağıq, qalanları isə qara!", deyə Marutyan seçki kampaniyası zamanı bildirib.

Qeyd edək ki, Respublika Partiyasına sabiq prezident Serj Sarkisyan rəhbərlik edir. 

P.Sultanova

 

Paylaş:
490

Son xəbərlər

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37
Bütün xəbərlər