Paşinyan: Ermənistan Rusiya ilə müttəfiq manasibətlərini möhkəmləndirməyi planlaşdırır
Rəsmi Yerevan Rusiya ilə müttəfiq münasibətlərini möhkəmləndirmək niyyətindədir.
1news.az-ın erməni KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Mədim addımın” bloku üçün seçkiqabağı çıxışı zamanı bildirib.
O, qeyd edib ki, Rusiya ilə yanaşı, İran və Gürcüstanla da strateji münasibətləri qurmaq planlaşdırılır.
Onun sözlərinə gör, Ermənistan ABŞ və Avropa İttifaqı ilə də münasibətləri inkişaf etdirəcək.
Qeyd edək ki, Ermənistan Milli Məclisinə seçkilər dekabrın 9-da baş tutacaq. Seçkiqabağı kampaniya isə noyabrın 26-dan dekabrın 7-nə qədər davam edəcək. Seçkilərdə 11 partiya və blok iştirak edəcək.
Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO
Tərcümə: S.Xankişiyeva