Paşinyan: Bu seçkilərdə Ermənistan vətəndaşı Respublika partiyasını siyasi zibilliyə atmalıdır

Ermənistanda baş nazir vəzifəsini icra edən, “Mənim addımım” blokunun lideri Nikol Paşinyan Facebook-da canlı çıxışı zamanı Sasun Mikayelyanı tənqid edənləri tənqid edib və onları işləri ilə məşğul olmağa və “burunlarını siyasətə soxmamağa” çağırıb.
1news.az-ın erməni mətbuata istinadla verdiyi xəbərə görə, həmçinin Paşinyan bildirib:
“Sakitləşin. Oğruların zamanı keçdi. Bu seçkilərdə Ermənistan vətəndaşı Respublika partiyasını ölkəni talan edən, ordunu parçalayan, vətəndaşları məyusluğa uğradan bir qurum kimi siyasi zibilliyə atmalıdır”.
Paşinyanın blokundan olan namizədlər bir-birini etibardan salır
Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO
Tərcümə: S.Xankişiyeva
541